“Spartak” Okan Buruka təklif göndərdi
“Spartak” “Qalatasaray”ın baş məşqçisi Okan Buruka 2 illik müqavilə təklif edib. Msport.az xəbər verir ki, “Yeni Asır” nəşri bu iddianı irəli sürüb.
İddialara görə, Moskva klubu 50 yaşlı mütəxəssisə vergilər daxil illik 2,5 milyon avroluq müqavilə təklif edir.
Mükafatları və digər bonusları nəzərə alsaq, Okan iki ildə 7,5 milyon avro qazana bilər.
“Qalatasaray” hazırda Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə apardığında Okan Rusiya klubundan düşünmək üçün vaxt istəyib.