featured-image-28487

“Srvena Zvezda” Serbiyada 2022-2023-cü illər mövsümünün qalibi olub.

Msport.az xəbər verir ki, Miloş Miloeviçin rəhbərlik etdiyi komanda bu gün “Baçka Topola”nı 4:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl qızıl medalları təmin edib. “Srvena Zvezda” 31 oyunda 85 xal toplayıb.
“Qırmızı-ağlar” ardıcıl 6-cı ildir çempionatı birinci yerdə başa vurur.
Sonuncu dəfə “Srvena Zvezda” 2016-2017-ci illər mövsümündə “Partizan”la rəqabətdən məğlub ayrılmışdı.

Bənzər xəbərlər