featured-image-30244

Salvadorda yerli çempionatın oyunlarının birində faciə baş verib. Msport.az xəbər verir ki, “Alyans” və FAS komandalarının “Kuskatlan” stadionunda keçirilən görüşdə sıxlıq yaranıb. Paytaxt San-Salvadordakı xoşagəlməz hadisə zamanı 12 nəfər basabasda həyatını itirib. Yüzlərlə yaralı xəstəxanadadır.

Futbolçular azarkeşlərin sıxlıqdan çıxmasına kömək ediblər. Oyun təxirə salınıb və polis insanların təxliyəsi ilə məşğul olub.

Prokuratura insidentlə bağlı araşdırmaya başlayıb.

Faciənin səbəblərindən biri kimi saxta biletlərin dövriyyəyə çıxarılması göstərilir. Polis saxta biletlə oyuna gələn azarkeşləri arenaya buraxmayıb. İzdihamın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Sıxlıq və qaçaqaç məhz bundan sonra başlayıb.

ANAR ABDULLAYEV 

media-v-salvadore-proizoshla-massovaya-davka-na-stadione-sotni-chelovek-popali-v-gospital_168464353141453852

Bənzər xəbərlər