featured-image-25393

Rusiyanın “Saturn” klubuna məxsus stadionun yaxınlığında tapılan qumbaranın oyuncaq olduğu üzə çıxıb.

Msport.az xəbər verir ki, bu barədə Ramenskoye Şəhər Xilasetmə və Fövqəladə Halların Qarşısının Alınması Xidmətinin direktoru Vitali Stolbov “Podmoskovye seqodnya” portalına açıqlamasında deyib.

O bildirib ki, bu cür qumbaralardan straykbol oynayarkən istifadə edilir.

Qeyd edək ki, hadisə dünən baş verib. Ərazi dərhal mühasirəyə alınıb, 12 nəfər, o cümlədən stadionun üç əməkdaşı oradan təxliyə olunub. İstehkamçılar qumbaranın aşkarlandığı yerə 15 saatdan sonra gəlib çatıblar.

CAHİD

Bənzər xəbərlər