featured-image-46981

Niderland kubokunun final oyunu keçirilib. Msport.az xəbər verir ki, həlledici görüşdə “Feyenoord” “NEK Neymegen”lə qarşılaşıb.

Matç Rotterdamda “Feyenoord”un stadionunda oynanılıb.

Oyunda yeganə qolu meydan sahiblərinin heyətində İqor Payşao 60-cı dəqiqədə vurub. Qeyd edək ki,  yanğın səbəbindən birinci hissədə oyun bir müddət dayandırılıb. “Feyenoord” fanatlarının fayer şousundan sonra böyük bannerlərdən biri alışıb yanıb.  Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Final matçı yarım saatlıq fasilədən sonra bərpa edilib.

Beləliklə, “Feyenoord” tarixində 14-cü dəfə Niderland kubokunu qazanıb. Bu göstəricidə rekord kuboka 20 dəfə sahib olmuş “Ayaks”a məxsusdur.

Bənzər xəbərlər