Stefano Pioli ilin məşqçisi seçildi
“Milan”ın baş məşqçisi Stefano Pioli “The Panchina d`Oro” mükafatına layiq görülüb.
Msport.az xəbər verir ki, mükafat mövsümün yekunlarına əsasən, A seriyasınıın ən yaxşı baş məşqçisinə təqdim olunur.
“Qırmızı – qaralar” 2010-2011-ci illər mövsümündən sonra ilk dəfə İtaliya çempionu oldular. “Milan”ın məşqçilərindən analoji mükafat sonuncu dəfə 2005-2006-cı illər mövsümündə Karlo Ançelottiyə verilib.
“Milan” cari mövsümdə 44 xalla 4-cü yeri tutur. Turnir cədvəlinə aktivində 62 xal olan “Napoli” başçılıq edir.
ANAR ABDULLAYEV







