“İnter Mayami”yə keçidini Messi ilə müzakirə etdi
Braziliyanın “Qremio” komandasının hücumçusu Luis Suares ABŞ-nin “İnter Mayami” klubuna keçmək ehtimalı barədə danışıb.
Msport.az “Goal” nəşrinə istinadən xəbər verir ki, hücumçu agenti ilə hansı imkanların olduğu barədə danışacağını bildirib: “Braziliya çempionatı başa çatana qədər qərar vermək istəmirdim. Amma mənim “İnter Mayami”yə keçidim mümkündür. Dünyanın ən yaxşı oyunçusu Messi orada oynayır və o, mənim gələcəyimi müzakirə etdiyim böyük dostumdur. Amma hələ dincəlməli və sonra qərar qəbul etməliyəm”, – Suares deyib.
Suares 2023-cü ilin qışında azad agent kimi Uruqvayın “Nasional” klubundan “Qremio”ya keçib. Forvard Braziliya A Seriyasında 33 matçda iştirak edib, 17 qol vurub, 11 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 4 milyon avrodur.







