Suares millidəki keryerasını bitirdi
Luis Suares Uruqvay millisindəki karyerasını başa vurub.
Msport.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu özü açıqlama verib.
“Cümə günü, sentyabrın 6-da yığmada son oyunum baş tutacaq”, – deyə forvard bildirib.
Qeyd edək ki, Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib – 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.