featured-image-41046

Uruqvaylı hücumçu Luis Suares braziliyalı həmkarı Neymarın Fransanın PSJ klubunda çıxış etməsi barədə danışıb.

Msport.az “Goal” nəşrinə istinadən xəbər verir ki, təcrübəli forvard oyunçunun səhv qərar verdiyini söyləyib.

“Mən, Messi və Neymar çox yaxşı dost idik. Bilirdik ki, meydanda öz rolumuzu oynasaq, “Barselona”nı möhtəşəm edəcəyik. Birimiz zəif çıxış edəndə, digərləri fərq yaradırdı. Bu, heyrətamiz əlaqə idi. Neymara PSJ-yə gedəndə səhv etdiyini söylədik. O, ən yaxşılardan olmaq istəyirdisə, Messiyə yaxın olmalı idi. Lakin artıq qərarı özü verib”.

Qeyd edək ki, Neymar 2017 – 2023-cü illərdə PSJ-nin formasını geyinib. O, hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir.

Bənzər xəbərlər