featured-image-61027

ABŞ-ın “Sportinq Kanzas Siti” klubu Maqomed-Şapi Süleymanovun transferini açıqlayıb.

Msport.az xəbər verir ki, MLS klubu rusiyalı futbolçu ilə 2026-cı il dekabrın 31-dək müqavilə imzalayıb. Sözləşmənin müddəti sonradan daha 2 il uzadıla bilər.

“Transfermarkt”ın məlumatına görə, müqavilənin dəyəri 2,4 milyon avro olub.

Süleymanov bu mövsüm “Aris”in heyətində 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu əvvəllər Rusiyanın “Krasnodar” klubunda çıxış edib.

Bənzər xəbərlər