featured-image-52975

“Sumqayıt”ın sabiq futbolçusu Kazimir Ninqanın yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, yayda “gənclik şəhəri” təmsilçisi ilə vidalaşan ÇAD millisinin hücumçusu karyerasını Küveytdə davam etdirəcək.

Ninqa bu ölkənin “Əl-Tadamon” klubu ilə müqavilə bağlayıb. Razılaşmaya əsasən, 31 yaşlı forvard qarşıdakı 1 il ərzində Küveyt təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ninqa “Sumqayıt”a ötən mövsümün əvvəlində “Anortosis”dən keçmişdi.

Bənzər xəbərlər