featured-image-36872

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Pandev Akademiya”sının hücumçusu Kristian Velinovskini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Sumqayıt”ın 24 yaşlı forvard üçün qarşı tərəfə təzminat ödədiyi bildirilsə də, məbləğ açıqlanmayıb.

Qeyd edək ki, Kristian Velinovski “Pandev Akademiya”sının heyətində keçirdiyi 116 rəsmi matçda 15 qol və eyni sayda məhsuldar ötürmə edib.

Bənzər xəbərlər