"Sumqayıt" əyyaş qapıçını gətirir
Millimizin sabiq qapıçısı Andrey Popoviç yenidən Premyer Liqada oynayacaq.
Msport.az Sportal-a istinadən xəbər verir ki, “Sumqayıt” onunla danışıq aparıb və razılıq əldə edilib.
Son olaraq Ukraynada “LNZ Çerkassı”da (səviyyəcə 3-cü liqa) çıxış etmiş qolkiper artıq Bakıdadır. Klubu ilə Türkiyəyə təlim-məşq toplanışına yollanmış Popoviç Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən ölkəsinə qayıda bilməmişdi.
30 yaşlı qapıçı “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan”, “Tavşanlı Linyitspor”, “Qəbələ”, “Polyana”, “Minay” klublarında çıxış edib.
Andrey Popoviç daha çox qalmaqalları və içkiyə meyilliliyi ilə yadda qalmışdı.