Rusiya klubunun qapıçısı Azərbaycan komandasını tanımayıb
“Bu oyuna qədər “Sumqayıt”ı tanımırdım”.
Msport.az xəbər verir ki, bunu “Orenburq”un qapıçısı Boqdan Moskviçyev “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
“Qalib gəldiyimizə görə şadam. “Sumqayıt” heç də pis komanda deyildi. Düzü, bu oyuna qədər “Sumqayıt”ı tanımırdım. Oyunun gedişində gördüm ki, yaxşı komandadır. Topla çox yaxşı idilər. Hücumda da yaxşı təşkilatlanmış komandadır. Maraqlıdır ki, komandamız iki qolu mən meydandan çıxdıqdan sonra vurdu. Əsas odur ki, qələbə qazandıq”.
Qeyd edək ki, 20 yaşlı qolkiper “Zenit”ə məxsusdur və “Orenburq”da icarə əsasında çıxış edir.