“Sumqayıt”ın 2 futbolçusu “Araz-Naxçıvan”la oyunu buraxacaq
Azərbaycan Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan”ı qəbul edəcək “Sumqayıt”ın heyətində itkilər müəyyənləşib.
Msport.az xəbər verir ki, Rüstəm Əhmədzadə və Jeam Oliveyra sözügedən oyunda iştirak edə bilməyəcəklər.
7-ci turda “Qəbələ” ilə matçda zədələnən Əhmədzadə 2, Oliveyra isə 6-8 həftə ərzində kollektivdən ayrı düşəcək.
Qeyd edək ki, “Sumqayıt” – “Araz-Naxçıvan” görüşü sabah saat 19:00-da “SOCAR Polymer Arena” keçiriləcək.







