featured-image-55719

“Sumqayıt”ın futbolçusu Tresor Mossi Burundi milli komandasına çağırılıb.

Msport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

23 yaşlı futbolçu Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin matçlarına dəvət alıb. Mossinin yer aldığı yığma oktyabrın 10-da və 13-də Burkina Faso ilə qarşılaşacaq.

Qeyd edək ki, Tresor Burundi yığmasında 2 oyun keçirib.

Bənzər xəbərlər