featured-image-50568

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la üz-üzə gələcək “Fehervar” klubunun Sloveniyadakı təlim-məşq toplanışında rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, Macarıstan təmsilçisi ilk yoxlama matçını iyulun 11-də Serbiyanın “Çukariçki” komandasına qarşı keçirəcək.

İyulun 13-də yerli “NK Dekani” ilə üz-üzə gələcək “Fehervan”ın sonuncu yoxlama görüşü iyulun 17-də gerçəkləşəcək. Budəfəki rəqib Türkiyənin “Göztəpə” kollektivi olacaq.

Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk duelini iyulun 25-də evdə, cavab oyununu isə iyulun 31-də səfərdə keçirəcək.

Bənzər xəbərlər