“Sumqayıt”ın sabiq futbolçusu İranda həbs edildi
Azərbaycanda bir neçə klubda çıxış etmiş Peyman Keşavarzi Təbrizdə həbs edilib.
Msport.az xəbər verir ki, İranın KIA klubunun üzvü ölkədə hakimiyyətə qarşı etiraz aksiyalarına qatıldığı üçün saxlanılıb.
Keşavarzi İranın “Traktor”, Azərbaycanın “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Karvan” klublarında çıxış edib.
Qeyd edək ki, Ötən il dekabrın 28-də İranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb. Hazırda etirazlar zamanı ölənlərin sayı minlərlədir.







