featured-image-36731

Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, məlumatı əyalət təmsilçisinin mətbuat xidməti yayıb.

Marius Şumudike ilə razılıq əldə edilib. 52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyib.

Qeyd edək ki, son olaraq Səudiyyə Ərəbistanında “Əl Raed”də işləyən Marius Şumudike 2019-2021-ci illərdə də “Qaziantep”in “sükanı arxasında” olub.

Bənzər xəbərlər