featured-image-16471

Futbol üzrə İspaniya super kubokunun təqvimi müəyyənləşib.

Msport.az xəbər verir ki, turnir 2023-cü ilin yanvar ayında Ər-Riyadda təşkil olunacaq.

Səudiyyə Ərəbistanındakı yarışda “Real”, “Barselona”, “Valensiya” və “Betis” mübarizə aparacaqlar.

Yanvarın 11-də keçiriləcək ilk yarımfinal oyununda “Real”la “Valensiya” görüşəcək. Ertəsi gün “Barselona” ilə “Betis” qarşılaşacaq. Final oyunu ayın 15-də baş tutacaq.

Super kubokun son qalibi “Real”dır.

Bənzər xəbərlər