featured-image-23927

“Alanyaspor”un baş məşqçisi Franko Farioli istefa verib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, sabah klub xəbəri rəsmən açıqlayacaq.

İtaliyalı mütəxəssis 2021-ci ilin dekabrından Alanya təmsilçisinin sükanı arxasında idi. 33 yaşlı məşqçi “Fatih Karagümrük” komandasından “Alanyaspor”a gəlmişdi.

“Alanyaspor” 22 oyundan sonra 25 xal toplayıb və turnir cədvəlində 11-ci yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər