featured-image-20424

Türkiyənin “İstanbulspor” klubu heyətinə daha bir yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, İstanbul klubu Super Liqanın digər təmsilçisi “Adana Dəmirspor”dan Mahamadu Banı icarəyə götürüb.

Malidən olan 23 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarədə oynayacaq. O, 2022-ci ilin avqustundan “Adana Dəmirspor”da olsa da, əsas heyətə düşə bilmirdi.

“İstanbulspor” öz hücumçusu İbrahim Yılmazı isə “Eyüpspor”a icarəyə verib. 28 yaşlı forvardın bu mövsümün sonuna kimi aşağı liqa klubunda çıxış edəcəyi açıqlanıb.

Xatırladaq ki, İstanbul klubu daha öncə “Eyüpspor”un nigeriyalı hücumçusu Emeka Ezeni icarəyə götürdüyünü açıqlamışdı.

Bənzər xəbərlər