featured-image-23830

“Başakşəhər” müdafiəçisi Junior Kaysara ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kaysara 2017-ci ildən formasını geyindiyi “Başakşəhər”də 200 oyuna 2 qol vurub. Braziliyalı müdafiəçi daha öncə “Ludoqorets”, “Jil Visente”, “Şalke”, “Santo Andre”, “Maseyo” və “Amerika” kimi klublarda da forma geyinib.

“Başakşəhər” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub “Balıkəsirspor”un sağ cinah müdafiəçisi Ayberk Kayğısız ilə güclənib. 18 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. “Balıkəsirspor”un öz yetirməsi olan Ayberk bu klubun əsas komandasında 30 oyuna çıxıb, 3 qol vurub.

Bənzər xəbərlər