Super Liqa klubunda yeni məşqçi
“Sivasspor” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Msport.az.xəbər verir ki, komandanı Servet Çetin çalışdıracaq.
Türkiyə millisinin sabiq müdafiəçisi 2019-cu ildən Sivas təmsilçisində köməkçi məşqçi kimi fəaliyyət göstərirdi.
42 yaşlı mütəxəssis “Konyaspor” və “Trabzonspor” klublarında da məşqçi kimi işləyib.
Futbolçu karyerasında “Sivasspor”, “Fənərbaxça” “Qalatasaray” kimi klubların formasını geyinmiş Servet Türkiyə millisində 59 oyun keçirib.
Qeyd edək ki, “Sivasspor” mövsüm başa çatdıqdan sonra Rıza Çalımbayla yollarını ayırmışdı.







