featured-image-20969

“Başakşəhər” müdafiəçisi Aleksandr Epuryanuyla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Epuryanunun yeni iş yeri də müəyyənləşib. Təcrübəli futbolçu Super Liqanın digər təmsilçisi “Ümraniyəspor”a transfer olunub. O, yeni klubu ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.

Moldova millisinin sabiq üzvü 2014-cü ildən “Başakşəhər”də forma geyinirdi. O, həmin ildə yaradılmış İstanbul təmsilçisinin ilk əcnəbi futbolçusu olub. Epuryanu bu komandanın heyətində meydana çıxdığı 262 oyunda 16 qol vurub. Müdafiəçi ölkəsində “Zimbru” və “Şerif”in, Rusiyada “Moskva”, “Dinamo” (Moskva), “Krılya Sovetov” və “Anji” kimi klubların da formasını geyinib, Moldova millisində 100 oyuna çıxıb və 8 qol vurub.

Bənzər xəbərlər