featured-image-50361

Fransa Superkuboku uğrunda keçirilməli olan PSJ – “Monako” oyunu təxirə salınıb.

Msport.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin paytaxtı Pekin şəhərində avqustun 8-nə təyin edilmiş həlledici görüş ləğv olunub.

PSJ klubu oyunun Çində keçirilməyəcəyini bildirib.

Matçın nə vaxt baş tutacağı ilə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.

Qeyd edək ki, PSJ son ölkə çempionu, “Monako” isə gümüş medalların sahibidir.

Bənzər xəbərlər