featured-image-42804

Səudiyyə Ərəbistanı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, yerli təşkilat komitəsi ötən ilin dekabrında paytaxt Ər-Riyadda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçirilməli olan Türkiyə Superkuboku uğrunda oyun üçün ödənilmiş 4,5 milyon avronun geri qaytarılmasını istəyib.

Həmin məbləğin az hissəsi TFF-nin, yerdə qalanı isə klubların hesabına köçürülüb.

Qeyd edək ki, Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.

Bənzər xəbərlər