Superliqada baş məşqçi istefası
Türkiyənin “Kasımpaşa” komandası baş məşqçisi Kemal Özdeş ilə yollarını ayırıb.
Msport.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis ötən gün “Konyaspor”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra istefa verib.
Klub ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Kemal Özdeş apreldə “Kasımpaşa”nın sükanı arxasına keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatmalı idi.







