featured-image-41240

Türkiyə Superliqasının XVIII turunda bu gün İstanbul derbisi keçiriləcək.

Msport xəbər verir ki, mərkəzi görüşdə “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı Arda Kardeşlər idarə edəcək. 43 xala malik komandalar 1-2-ci yerləri bölüşdürürlər. “Fənərbağça” top fərqinə görə ilk sırada qərarlaşıb.

Bu, tərəflərin Superliqada 133-cü dueli olacaq. 52 dəfə hazırkı meydan sahibləri, 37 dəfə “sarı-qırmızılar” qələbə qazanıb. Digər görüşlərdə isə heç-heçə qeydə alınıb.

Bənzər xəbərlər