featured-image-44431

Türkiyə Superliqasının XXVIII turunun mərkəzi oyunu bu gün keçiriləcək.

Msport.az xəbər verir ki, “Beşiktaş” doğma azarkeşlər önündı “Qalatasaray”ı qəbul edəcək.

İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Meydan sahibləri hazırda 46 xalla dördüncü, “sarı-qırmızılar” 72 xalla ikinci pillədə qərarlaşıb.

Komandalar tarixdə 355-ci dəfə üz-üzə gələcəklər. Bunların 126-da “Qalatasaray”, 114-də “Beşiktaş” qələbə qazanıb. 114 matç heç-heçə yekunlaşıb.

Bənzər xəbərlər