Superliqanın son iştirakçısı bilindi
2025-26 mövsümündə Türkiyə Superliqasında çıxış edəcək son komandanın adına aydınlıq gəlib.
Msport.az xəbər ki, “Fatih Karagümrük” bu hüququ əldə edib.
İstanbul təmsilçisi pley-off finalında “Bandırmaspor”la qarşılaşıb. Komanda əlavə vaxtda 3:1 hesabı ilə qalib gələrək, bir mövsümdən sonra Superliqaya geri dönüb.
Qeyd edək ki, bundan əvvəl “Kocaelispor” və “Gənclərbirliyi” ilk iki vəsiqəyə sahib olmuşdular. Növbəti mövsüm Superliqada 18 klub mübarizə aparacaq.