featured-image-24730

Suriya Futbol Federasiyası millinin və “Əl Caiş” klubunun sabiq kapitanı Əhməd Əl-Salih ömürlük futboldan uzaqlaşdırıb.

Msport.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb futbolçunun hakimə hücum etməsidir.

“Əl Vatb”la oyunda qırmızı vərəqə alan Əl-Salih referinin üstünə atılıb. Hakimə ayağı ilə zərbələr endirən oyunçu onu təhqir edib, üzünə tüpürüb. Əl-Salih oyundan sonra stadionun dəhlizində də hakimi təhqir etməkdə davam edib.

Hadisə martın 3-də baş versə də, federasiya yalnız indi yekun qərarını açıqlayıb. İntizam komitəsi 33 yaşlı futbolçunu ömürlük diskvalifikasiya edib. “Əl Caiş” klubu da cərimə oluunub.

Suriya yığmasında 54 oyun keçirən Əl -Salin 2 qol vurub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər