Şvaynştaygerin birgə oynadığı rəmzi “11-lik”
“Bavariya” və Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger karyerası ərzində bir yerdə oynadığı ən yaxşı futbolçulardan ibarət simvolik komanda tərtib edib.
Msport.az xəbər verir ki, o, hazırda karyerasını davam etdirənləri də fərqləndirib.
Şvaynştaygerin simvolik “11-liy”i belədir:
Qapıçı: Manuel Noyer;
Müdafiəçilər: Filipp Lam, Jerom Boatenq, Holqer Badştuber, David Alaba;
Yarımmüdafiəçilər: Aryen Robben, Ueyn Runi, Mixail Ballak, Frank Riberi;
Hücumçular: Zlatan İbrahimoviç, Tomas Müller.