featured-image-73836

“Qəbələ”  Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Araz-Naxçıvan”la yoxlama görüşündə 1:0 hesablı ilə qalib.

Msport.az xəbər verir ki matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze klubun mətbuat xidmətinə açıqlama verib:

“Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım”.

Bənzər xəbərlər