Tacikistana tarixi uğur qazandıran məşqçi istefa verdi
Tacikistan millisinin baş məşqçisi Petar Şeqrt postunu tərk edib. Msport.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, başa çatan müqaviləsini yeniləməyib.
57 yaşlı mütəxəssis 2022-ci ilin yanvarında yığmanın sükanı arxasına keçmişdi. Tacikistan komandası xorvatiyalı məşqçinin rəhbərliyi altında tarixində ilk dəfə Asiya Kubokunda 1\4 finala kimi irəliləmişdi. Taciklər yarışın gələcək finalçısı İordaniyaya məğlub olmuşdu – 0:1.
Şeqrt Tacikistan seçməsində 24 oyunda 11 qələbə qazanıb, 7 heç-heçə edib və 6 dəfə məğlub olub.
Tacikistan xorvatiyalı məşqçinin rəhbərliyi altında 2022-ci ildə Tailandda “Kins`Cup”ı qazanıb. Bundan başqa, komanda 2023-ci ildə Malyaziyada Merdek kubokuna sahib olub.







