Tanınmış futbolçu 31 yaşında karyerasını bitirdi
Xorvatiya millisinin sabiq üzvü Şime Vrsalko 31 yaşı olmasına baxmayaraq, karyerasını bitirib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hələ DÇ-2018-dən əvvəl müdafiəçinin dizində problemlər yaranmışdı və o, mundialda tam gücü ilə oynaya bilmədi.
Vrsalko dünya çempionatından sonra “Atletiko”dan “İnter”ə keçib. Bir il sonra yenidən Madridə qayıdan futbolçu ötən ilin yayına qədər orda olub. Xorvatiyalı futbolçu əsas heyətə düşməkdə çətinlik çəkdiyindən və yeni müqavilə təklif olunmadığından “Olimpiakos”a yollanıb.
Yunanıstanda yenidən köhnə zədə özünü göstərib. Yarım il “Olimpiakos”da qalan müdafiəçi üst-üsə cəmi 200 dəqiqə oynayıb. Əvvəlki formasına qayıda bilməyəcəyəni başa düşən xorvatiyalı oyunçu müqaviləsini pozub və karyerasını bitirib. O, bundan sonra menecer fəaliyyəti ilə məşğul olacaq.
ANAR ABDULLAYEV







