featured-image-48300

Argentina millisinin sabiq futboçusu Karlos Teves baş məşqçisi olduğu “İndependiente” klubundan ayrılıb.

Msport.az Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis komandadan ayrılmaq qərarını özü verib.

O, “İndependiente” kollektivini 2023-cü ildən çalışdırırdı.

Qeyd edək ki, K.Teves futbolçu karyerası ərzində ingiltərənin “Mançester Yunayted”, “Mançester Siti” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.

Bənzər xəbərlər