featured-image-38071

“Real”ın və Belçika millisini sabiq futbolçusu Eden Azar karyerasını bitirib.

Msport.az xəbər verir ki, 32 yaşlı oyunçu sosial şəbəkə hesabında bu barədə məlumat verib:

“Lazımı anda “stop” deməyi bacarmalısan. 16 ildən və keçirdiyim 700-dən çox oyundan sonra peşəkar karyeramı bitirməyi qərara aldım.  Oynadığım klublar – “Lill”, “Çelsi” və “Real”a təşəkkür etmək istəyirəm və əlbəttə ki, Belçika millisinə. Tezliklə meydandan kənarda görüşərik”.

Qeyd edək ki, Azar Belçika yığmasında 126 oyunda 33 qol vurub. O, 2018-ci ildə dünya çempionatının bürünc medalını qazanıb.

Bənzər xəbərlər