featured-image-29117

 

“Mançester Yunayted”, “Vest Hem” və “Lids”in keçmiş müdafiəçisi Rio Ferdinand İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.

Msport.az xəbər verir ki, veteran futbolçu onlayn azarkeş səsverməsi və ekspert seçimi əsasında buna layiq görülüb.

Bu il Şöhrət Zalına daxil olan ilk şəxslər Aleks Ferqyuson və Arsen Vengerdir.

Qeyd edək ki, 44 yaşlı Ferdinand 2002-2014-cü illərdə “Mançester Yunayted”də çıxış edib. Bu komanda ilə 6 dəfə Premyer Liqanın, dörd dəfə Superkubokun, iki dəfə Liqa Kubokunun, bir dəfə Çempionlar Liqası və klublararası dünya çempionatının qalibi olub.

Premyer Liqanın Şöhrət Zalı 2021-ci ildə yaradılıb. İlk üzvləri Alan Şirer, Tyerri Anri, Erik Kantona, Roy Kin, Frenk Lempard, Dennis Berqkamp, ​​Stiven Cerrard və Devid Bekham olub.

Bənzər xəbərlər