Tanınmış futbolçunun evi oyun vaxtı qarət edildi
“Lion”un hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.
Msport.az “Le Progres”ə istinadən xəbər verir ki, hadisə mayın 17-də, Liqa 1-in sonuncu – XXXIV turunun “Anje” ilə matçı zamanı baş verib.
Oğrular futbolçunun evinə soxulub, seyfi açıb, pul, qızıl-zinət əşyaları və bahalı dəri məmulatlarını götürərək qaçıblar. Zərərin on minlərlə avro təşkil etdiyi bildirilir.
Lyakazett “Anje” ilə matçda 2 dəfə fərqlənib. Bu, 33 yaşlı futbolçunun “Lion”da sonuncu oyunu olub. Onun klubla müqaviləsi iyunun 30-da başa çatacaq.