featured-image-30524

“Valsensiya”nın futbolçusu Castin Klyüvertin başına xoşagəlməz hadisə gəlib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, ötən gecə naməlum şəxslər onun evinə hücum edərək sevgilisini döyüblər.

Mənbənin sözlərinə görə, insident gecə saatlarında baş verib.  Niderlandlı hücumçu həmin vaxt “Malyorka” ilə səfər oyununda olub.

Naməlum şəxlər qız iti gəzdirməkdən gələrkən evə daxil olublar. Onlar Klüvertin sevgilisini döyərək evdən 200 min avro məbləğində qızıl-zinnət əşyaları və saatlar aparıblar. Hadisə heç beş dəqiqədən də çox çəkməyib.

Qız yüngül zədələr aldığından vəziyyəti normaldır.

Qeyd edək ki, “Malyorka” ilə “Valensiya” arasında matç bu gün 21:30-da keçiriləcək.

ANAR 

 

 

Bənzər xəbərlər