featured-image-23544

Avstriya millisinin futbolçusu Marko Arnautoviç Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi zədələnib.

Msport.az xəbər verir ki, 34 yaşlı hücumçu çıxış etdiyi İtaliya “Bolonya”sının məşqində bud əzələsindən xəsarət alıb.

Tibbi müayinədən keçən təcrübəli forvardın təqribən 2 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilib. Onun millimizlə matça kimi sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi F qrupunda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Bənzər xəbərlər