featured-image-29150

Ştefan Tarkoviç Qırğızıstan Futbol Federasiyası ilə 2 illik müqavilə bağlayıb. Msport.az xəbər verir ki, slovakiyalı mütəxəssis 2025-ci ilin iyununa kimi bu ölkənin milli komandasını çalışdırıcacaq.

Tarkoviç 2020-2022-ci illərdə Slovakiya yığmasına rəhbərlik edib. O, Avro-2020-nin final mərhələsində yığmanın süka arxasında olub. Həmin vaxt Slovakiya seçməsi ilk oyunda qalib gəlsə də, növbəti iki matçda uduzaraq qrupdan çıxa bilməmişdi.

Qırğızıstan yığması bu ilin payızında DÇ-2026-nın seçmə mərhələsinin ilk görüşlərini keçirəcək. Gələn ilin əvvəlində isə milli komanda Qətərdə təşkil olunacaq Asiya kubokunun final mərhələsində yarışacaq. Qeyd edək ki, bu turnir pandemiya səbəbindən təxirə salınmışdı.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər