featured-image-61241

Peşəkar futbol klubları qış “transfer pəncərəsi”ndə oyunçu keçidlərinə 2,35 milyard dollar xərcləyib.

Msport.az xəbər verir ki, bu barədə FIFA hesabatda dərc edib.

Bildirilib ki, bu, tarixdə rekord göstəricidir, 2024-cü ilin yanvarı ilə müqayisədə artım 57,9%, əvvəlki ən yaxşı nəticə (2023) ilə müqayisədə – 47,1% təşkil edib. Heyətlərini gücləndirmək üçün ən çox pulu (622 milyon dollar) İngiltərə klubları xərcləyiblər.

Transferlərin ümumi sayı 2024-cü illə müqayisədə təqribən 20% artaraq rekord həddə (5863) çatıb.

Qadın futbolu bir il əvvəllə müqayisədə 180% artımla qış “transfer pəncərəsi”ndə oyunçulara xərcləmə rekordu (5,8 milyon dollar) müəyyən edib.

Bənzər xəbərlər