Tarixin ən çox qazanan idmançıları – Ronaldo 3-cü, Messi 5-cidir
Tarixin ən çox qazanan idmançıları müəyyənləşib.
Msport.az xəbər verir ki, “Sportico” portalı bununla bağlı siyahı dərc edib.
Ən çox gəlir əldə edən idmançı amerikalı basketbolçu Maykl Cordan hesab edilir. NBA-nın altıqat çempionu və ikiqat olimpiya mükafatçısının ümumi qazancı 4,15 milyard dollardır.
Amerikalı qolfçu Tayqer Vuds ikinci pillədə qərarlaşır. 15 dəfə böyük turnirlərin qalibi olmuş Vudsun mirası 2,79 milyard dollar təşkil edir. İlk “üçlüy”ü portuqaliyalı futbolçu Kriştianu Ronaldo qapayır. Çempionlar Liqasının beşqat qalibi və “Qızıl top”un beşqat sahibinin gəliri 2,23 milyard dollardır.
İlk “onluğ”un digər yerlərində müvafiq olaraq Lebron Ceyms (basketbol), Lionel Messi (futbol), Arnold Palmer (qolf), Cek Niklaus (qolf), Devid Bekhem (futbol), Roje Federer (tennis) və Floyd Meyvezerdir (boks).