Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandılar
“Brayton” avrokuboklarda çıxışını təmin edib. Msport.az xəbər verir ki, Roberto De Dzerbinin komandası İngiltərə Premyer Liqasının 37-ci turunda “Sautqempton” üzərində qələbə qazanıb – 3:1.
“Brayton” 36 oyundan sonra 61 xalla 6-cı yeri tutur. 7-ci yerdə gedən “Aston Villa”nın 37 oyundan 58 xalı var.
“Brayton”un hələ 5-ci yeri tutmaq şansı da qalır. Adı çəkilən klub ya UEFA Avropa Liqasında, ya da Konfrans Liqasında İngiltərəni təmsil edəcək.
“Brayton” indiyə qədər 9-cu yerdən (ötən mövsüm) yuxarı qalxmayıb. Klub 2017-ci ildən İngiltərə Premyer Liqasında çıxış edir.
ANAR