Tedesko istefaya göndərilir
Belçika milli komandasının baş məşqçisi Domeniko Tedesko istefaya göndərilə bilər. Msport.az xəbər verir ki, Belçika Futbol Assosiasiyasının direktorlar şurası belə addım atmağa hazırlaşır.
“l`Equipe”nin yazdığına görə, qərar bir neçə həftə əvvəl verilib. Lakin tərəflər müqavilənin pozulması ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Federasiya rəhbərliyi almaniyalı məşqçini yanvarın sonuna kimi istefaya göndərməyə hazırlaşır ki, fevralda yeni mütəxəssislə anlaşsın.
Tedeskonu əvəz edə biləcək namizədlər sırasında Rudi Qarsiya və Tyerri Anrinin adı çəkilir.
Tedesko 2023-cü ilin fevralından Belçika yığmasına rəhbərlik edir.