featured-image-25081

“Real”ın hücumçusu Eden Azar Domeniko Tedeskonun Belçika millisinin baş məşqçisi təyin olunmasını təəccüblə qarşılayıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis bu ilin fevralında millimizin AÇ-2024-ün seçmə mərhələsindəki rəqibinin sükanı arxasına keçib. O, AÇ-2024-ün sonuna qədər müqavilə bağlayıb:

“Mən təəccübbləndim. Gözləyirdim ki, baş məşqçi Tyeri Anri olacaq.

Şəxsən Tedeskonu tanımıram. Mən “Real”ın 2-3 almaniyalı futbolçusu ilə danışdım, onlar dedilər ki, yaxşı məşqçidir. Onun komandasında hələ bir Azar da (kiçik qardaşı Torqanı nəzərdə tutulub) var, odur ki, uğur qazana bilər”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər