"Təəssüf ki, çoxlu qol vura bilmədik" - Malta millisinin üzvü
“Son matçımda çox yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, çoxlu qol vura bilmədik”.
Msport.az-ın məlumatına görə, bunu Malta yığmasındakı karyerasını Azərbaycan millisi ilə yoxlama oyununda başa vuran Andrey Acius deyib.
36 yaşlı müdafiəçi evdə 1:0 hesabı ilə qalib gəldikləri matçda gözəl oyun nümayiş etdirdiklərini bildirib: “Topa nəzarət bizdə oldu. Həmişə bizim bir düşüncəmiz olub ki, hücum edək və qol vuraq. Əminəm ki, futbolçularımız işləməyə davam edəcəklər və baş məşqçi David Manca ilə birlikdə növbəti Millətlər Liqasında böyük işlər görəcəklər”.
Acius yığma karyerasını bitirməsindən də danışıb: “Bu, son oyunum idi. Meydançadakı hər dəqiqədən zövq aldım və qərara gəldim ki, karyeramın bu səhifəsini burada bitiməyim ən doğru yoldur”.
Millimizlə oyun Andrey Acius üçün Malta yığmasının formasında 103-cü qarşılaşma olub. O, 42-ci dəqiqədə komanda yoldaşları ilə vidalaşaraq, millini tərk edib.