featured-image-53891

Minifutbol üzrə Çempionlar Liqası başlayır.

Msport.az xəbər verir ki, Polşada keçirilən turnirdə ölkəmizi təmsil edən son çempion “Birbaşa Bakı” və gümüş medalçı “Aznur” bu gün turnirdə ilk oyunlarını keçirəcəklər.

Əvvəlcə “Aznur” meydana çıxacaq. Komanda Fransa təmsilçisi “Les Piopio” ilə üz-üzə gələcək.

Çempion “Birbaşa Bakı” isə İspaniyanın “Malaqa” klubunu sınağa çəkəcək.

Çempionlar Liqası

I tur

5 sentyabr

17:00. “Aznur” (Azərbaycan) – “Les Piopio” (Fransa)

19:00. “Birbaşa Bakı” (Azərbaycan) – “Malaqa” (İspaniya)

Sabah isə təmsilçilərimiz qrupdakı digər iki oyunlarını keçirəcəklər. “Aznur” 12:00-da “Galport” (Polşa), 19:00-da isə “Andezit”lə (Ukrayna) qarşılaşacaq.

“Birbaşa Bakı” əvvəlcə 14:00-da “Nottingem Livorno” (İtaliya), 21:00-da isə “BKMK Brno” (Çexiya) ilə üz-üzə gələcək.

Bənzər xəbərlər